Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq – Ömər Çelik

Türkiyənin hakim partiyası Ermənistanı ölkəni bölgədə təxribata təşviq edən dairələrə tabe olmamağa çağırıb.

AzerTimes-ın məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik özünün “Twitter” səhifəsində bildirib ki, Yerevanın təcavüzkar siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək: “Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki hadisələrə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır”.

Teqlər: