Yer planetinə tarixin ən böyük asteroidi yaxınlaşır

Yer planetinə tarixin ən böyük asteroidi yaxınlaşır

“Florence” asteroidi “NASA”nın bütün müşahidələr tarixində Yer kürəsinə doğru uçan ən böyük asteroid olacaq.

Asteroid sentyabr ayında Yer kürəsinin yanından keçəcək.

“NASA”nın məlumatına görə, 4,4 kilometr böyüklüyündə olan asteroid sentyabrın 1-də Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.

Ekspertlər əminliklə bildirirlər ki, asteroidin Yer kürəsinə yaxınlaşması təhlükə kəsb etmir.