Yenidən atəşə tutulan Gəncədə xəsarət alan yoxdur

Yenidən atəşə tutulan Gəncədə xəsarət alan yoxdur

Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınmışdır.

Baş Prokurorluq bu barədə məlumat yayıb:

“Xəbər verildiyi kimi, 05 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atmış, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmamış və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməmişdir”.