Yeni saziş Aİ ilə Azərbaycan arasında daha sıx əlaqələrin əsasını qoyacaq – Avropa Komissiyası

Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərətərəfli saziş barədə danışıqlar davam edir.

Bunu AzerTimes-a Avropa Komissiyasının mətbuat katibi Ana Pisonero deyib.

O bildirib ki, hazırda Aİ sazişin ticari hissəsi ilə bağlı Azərbaycanın mövqeyini gözləyir və danışıqları davam etdirməyə ümid edir.

“Aİ-nin ali nümayəndəsi Cozep Borrellin Aİ-Azərbaycan assosiasiya şurasının iclasında dediyi kimi, Avropa İttifaqı Azərbaycanla, demokratiya, insan haqları və əsas azadlıqlara əsaslanan, ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verən və ticarət əlaqələrimizi möhkəmləndirən yeni hərtərəfli saziş imzalamaq istəyir”

O əlavə edib ki, yeni saziş Aİ ilə Azərbaycan arasında gələcək əməkdaşlığın və daha sıx əlaqələrin əsasını qoyacaq:

“Yeni saziş iqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycanın səylərini dəstəkləyəcək. Bu, işgüzar mühiti daha da dəstəkləyəcək və vətəndaşların rifahı naminə ölkənin dayanıqlı inkişafına xidmət edəcək. Azərbaycan Şərq tərəfdaşlığı kontekstində vacib rol oynayır”.

Teqlər: