Yeni qondarma soyqırım filmi

Yeni qondarma soyqırım filmi

Qondarma erməni soyqırımından bəhs edən “The Promise” (Vəd) filmi ABŞ kino izləyiciləri tərəfindən o qədər də çox reytinq qazana bilməyib.

Kino qala gecəsindən sonra 4,1 milyon dollar qazanıb. Filmin prodüserləri qeyd edir ki, film informasiya xarakteri daşıdığından, onun gəlir gətirib gətirməməsi vacib deyil.

Filmin büdcəsinin 100 milyon dollar təşkil etməsinə baxmayaraq, ekran işinin az reytinq verməsi təəccüb doğurub.
Filmdə məşhur aktyorların iştirak etməsinə baxmayaraq, izləyicilər onu darixdırıcı və maraqsız hesab edib.

Aprelin 27-də filmin Rusiya və Ermənistan kinoteatrlarında premyerası keçirləcək.