“Yeni Klinika” və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Koronavirus xəstələrinin müalicəsini həyata keçirən “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbs görüntüləri yayılıb.

AzerTimes-ın məlumatına görə, görüntülərdə həbs edilən şəxslərin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, hər iki şəxs bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyatla həbs olunub.

Görüntüləri təqdim edirik.

Teqlər: