Yəməndə raket zərbəsi nəticəsində 17 nəfər ölüb

Yəməndə “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən Marib şəhərinə raket buraxılıb.

Trend TASS-a istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 17 nəfər ölüb.

Raket yanacaqdoldurma məntəqələrindən birinin ərazisinə düşdüyü bildirilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Teqlər: