Yaxın günlərdə toyların keçirilməsinə icazə verilə bilər – AÇIQLAMA

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Koronavirusla bağlı bu tendensiya davam etsə, yəni yoluxanların sayında azalma, sağalanların və vaksin olunanların sayında artım davamlı olsa, yaxın günlərdə toylarla bağlı da artıq qərar qəbul etmək olar.

Bunu AzerTimes-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, COVİD-19 pasportu, toyun müddətinin azaldılması və s. kimi yüngülləşdirilmiş şərtlərlə toyların keçirilməsinə icazə verilə bilər: “Yay aylarında insanların toy keçirmək arzusu var. Hesab edirəm ki, hazırkı müsbət tendensiya davam edərsə, yaxın günlərdə toyların keçirilməsi ilə bağlı da qərar vermək olar”.

Teqlər: