Yaxın günlərdə QMİ Ramazan ayının başlanması ilə əlaqədar fətva verəcək

Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaqdır və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcəkdir.

Bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcəkdir.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.

Teqlər: