Yaxın gələcəkdə Azərbaycanın azad edilmiş ərazilərinin çiçəklənməsinə ümid edirik – Özbəkistanlı jurnalist

Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanın azad edilmiş əraziləri getdikcə daha da çiçəklənəcək.

Bu barədə AzerTimes-a Özbəkistan Xarici İşlər Nazirliyi yanında “Dunyo” xəbər agentliyinin əməkdaşı Mahmud Babanazarov Azərbaycanın azad edilmiş ərazilərinə səfəri zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində gördükləri onları kədərləndirməyə bilməzdi:

“İnsanın hansı dinə mənsub olmasından asılı olmayaraq, ölənləri təhqir eləmək əxlaqa sığmır. Burada hər şey məhv olunub, bütün ağaclar kəsilib və heç nə bitmir. Biz Özbəkistan prezidenti Şavkat Mirziyayevin başçılığı ilə Azərbaycanın ədalətli mövqeyini dəstəklədik. Prezidentimiz bildirib ki, baş verən hadisələr tarixi ədalətin bərpasıdır”.

M.Babanazarovun qeyd edib ki, Özbəkistan azərbaycanlı qardaşları dəstəkləyir və yaxın gələcəkdə bu ərazilərin çiçəklənməsinə ümid edir:

“Bunun üçün Azərbaycanın bütün resursları və potensialı var. Ümid edək ki, insanlar burada yenidən məskunlaşacaq və sülh hökm sürəcək”.

Teqlər: