Yatağını Ermənistandan götürən Oxçuçayın bütün ekologiyası məhv edilib – Nazir müavini

Xəbər - Samir Əli – AzerTimes:

Yatağını Ermənistandan götürən Oxçuçayın bütün ekologiyası məhv edilib.

AzerTimes-in məlumatına görə, bunu Ekologiya və təbii ərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, Azərbaycan florasının 5 mindən 2 minə yaxını işğal olunmuş ərazilərin payına düşür: “Qarabağ tülpanı, sağsağan gülxətmisi kimi növlər yalnız işğaldan azad olunmuş ərazilərdədir. Təkcə 7 flora növü bu ərazilərdə yerləşməkdədir. Təhlükəsizlik tədbirləri həll olunduqca Milli Elmlər Akademiyası ilə birlikdə yeni “Qırmızı kitab”ın nəşri gözlənilir”.

Teqlər: