“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

“YAŞAT” Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyala üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, Fond tərəfindən Bakı və Gəncə şəhərində müvafiq kateqoriyadan olan növbəti şəxslərin tibbi müayinələrdən keçirilməsi və əməliyyatı təmin edilib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin, Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Teqlər: