Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsində (FOTO)

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Milli Karate Federasiyasından AzerTimes-a verilən məlumata görə, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqressində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib. Rəsmi toplantının gündəliyinə keçməzdən qabaq, bir müddət əvvəl dünyasını dəyişmiş Türkiyə Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə komitəsinin üzvü olmuş Esad Delihasanın xatirəsi anılıb.

Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada Yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də gələn il Türkiyənin Qazientep şəhərində böyüklərin qitə çempionatının rəsmi təqdimatı nümayiş olunub. 2020/2021-ci lin maliyyə hesabatı, 2021/2022-ci ilin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.


EKF prezidenti Antonio Espinos təşkilatın idaredici orqanına yeni seçilən üzvləri təbrik ediərək onlara uğurlar arzulayıb.

Teqlər: