Yaponiyada yeni H-III raket-daşıyıcının uğurlu sınaqları keçirilib

Yaponiya Aerokosmik Araşdırma Agentliyi (JAXA) yeni iki mərhələli H-III raket-daşıyıcını uğurla sınaqdan keçirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Agentliyin saytında məlumat verilib.

Qeyd olunub ki, ölkənin Taneqaşima kosmodromu ərazisində H-III raketin buraxılmasına hazırlıq mərhələlərindən biri olaraq, [raket çənlərinə yanacaq doldurulması üzrə] uğurlu kriyogenik sınaqlar aparılıb.

Yeni raketin ilk buraxılışının 2021 maliyyə ili ərzində baş verə biləcəyi gözlənilir (2021-ci il aprelin 1-dən 2022-ci il martın 31-dək davam edəcək).