Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 10-a çatıb

Yaponiyada iyulun 4-ü baş verən torpaq sürüşməsindən sonra ölənlərin sayı artıb.

AzerTimes-ın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, Atami şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olub. Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, artıq ikinci həftədir ki, xilasedicilər sürüşmə yerindəki dağıntıları təmizləməyə davam edirlər. 18 nəfər hələ də itkin düşmüş sayılır.