Yaponiyada olimpiya məşəli estafeti ləğv olunub

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Yaponiyanın Osaka şəhərində Yay olimpiya oyunlarının məşəlinin estafeti ləğv olunub.

AzerTimes-ın məlumatına görə, bunu Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura elan edib.

Bu qərar koronavirusa yoluxma hallarının şəhər ərazisində kəskin artması ilə əlaqədar qəbul edilib. Son günlərdə Osakada 800-ə yaxın yoluxma qeydə alınıb.


Qeyd edək ki, martın 25-də Fukusima prefekturasında başlamış məşəl estafeti Osakadan aprelin 13-14-də keçməli idi.

Tokio Yay olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.