Yaponiyada koronavirusun yeni mutasiyası tapılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyanın qərbindəki Kobe şəhərində koronavirusun yeni mutasiyaya uğramış növü aşkar edilib.

Trend-in məlumatına görə, yeni növ 50 yaşlı şəxsin orqanizmində tapılıb.

Həmin xəstə ölkə ərazisini tərk etmədiyi üçün mütəxəssislər yeni mutasiyanın onun orqanizmində formalaşdığını ehtimal edir.

Aparılan araşdırmalar nəticəsində həmin növün koronavirusun Britaniya ştammından yarandığı müəyyənləşib.

Bu növün də yüksək yoluxuculuq qabiliyyətinin olduğu hesab edilir.