Yaponiyada koronavirusun bu günədək məlum olmayan növü aşkarlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyada koronavirusun bu günədək məlum olmayan ştammına yoluxmuş şəxs aşkar edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.

Qeyd olunur ki, virusun bu növü də əvvəl aşkar edilmiş Britaniya, CAR və Braziliya növləri kimi təhlükəlidir


Yeni növ virusun yoluxma səviyyəsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Yaponiyada bu günədək 445 mindən çox şəxs koronavirusa yoluxub, 8,4 mindən çox şəxs ölüb.