Yaponiyada helikopter qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb

Yaponiyanın Naqano prefekturasında helikopter qəzaya uğrayıb.

AzerTimes-ın “NHK” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində altı nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Bildirilir ki, faktla bağlı Yaponiyanın Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi araşdırma aparır, qəzanın səbəbi açıqlanmır.