Yaponiyada güclü zəlzələ oldu, xəsarət alanlar var

Yaponiyada güclü zəlzələ oldu, xəsarət alanlar var

Yaponiyanın Fukui prefekturasında 5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Yapon dənizinin sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi nəticəsində azı 11 nəfər xəsarət alıb. Onlardan ikisi uşaqdır.