Yaponiyada gəmilərin toqquşması nəticəsində bir nəfər ölüb

Yaponiyanın Sasebo şəhəri sahillərində quru yük daşıyan gəmi ilə kiçik gəminin toqquşması nəticəsində ən azı bir nəfər ölüb, daha bir nəfər itkin düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində gəmi aşıb. Xilasedicilər ekipajının üç üzvündən birini sahilə çıxarıblar, o xəsarətlər alıb.

Toqquşma yerində itkin düşmüş şəxsin axtarışı aparılır, hadisənin şəbəbləri aydınlaşdırılır.