Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil – Baş nazir

Yaponiya hökuməti ölkədə epidemioloji vəziyyətin pisləşməsinə baxmayaraq Tokio Yay Olimpiya Oyunlarını təşkil etmək planlarından imtina etməyi düşünmür.

AzerTimes-ın məlumatına görə, bunu Yaponiyanın baş naziri Yoşihide Suqa Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden ilə birgə mətbuat konfransında deyib.

Y.Suqa bildirib: “Əvvəldə də qeyd etdiyim kimi, bu yay Olimpiya və Paralimpiya oyunlarını qlobal birliyin rəmzi olaraq Tokioda keçirməyə qərarlı olduğumu bildirdim. Prezident C.Bayden bir daha dəstəyini ifadə etdi”.

Onun sözlərinə görə, Yaponiya bu yay oyunları Tokioda keçirmək üçün hazırlıqlarını tam davam etdirəcək.