Abe Putinə müraciət etdi

Abe Putinə müraciət etdi

Rusiyada səfərdə olan Yaponiya baş naziri Sindzo Abe media vasitəsilə Vladimir Putinə müraciət edib.

O, iki ölkə arasında yekun sülh sənədinin imzalanması üçün Vladimir Putinlə danışmaq istədiyini söyləyib.

“Vladimir Putinlə görüşüb, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıq aparmaq istərdim. Sülh müqaviləsindən başqa, ikitərəfli münasibətləri, ölkələrimizin təhlükəsizliyini və regiondakı vəziyyəti müzakirə etmək yaxşı olardı” — Abe deyib.

Qeyd edək ki, İkinci Dünya müharibəsində qalib gələn SSRİ Yaponiyaya məxsus bəzi adaları öz ərazisinə daxil edib. SSRİ dağılandan sonra adalar Rusiyanın tərkibində qalıb.