YAP-ın növbədənkənar qurultayı başlayır

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçiriləcək.

AzerTimes-ın məlumatına görə, saat 10-da başlayacaq qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Teqlər: