Yalçın Uğur adlı ZURNALİSTin macəraları

Yalçın Uğur adlı ZURNALİSTin macəraları

Bu yaxınlarda ölkə TV-lərində çıxış etmək üçün əməlli-başlı dəridən qabıqdan çıxan, APA-da mədəniyyətsizlikləri təbliğ edən agentliyin ZURNAlisti Yalçın Uğur təxəllüslü Yalçın Süleymanov barədə məlumat verək.

Adı çəkilən şəxs uzun müddətdir ki, Azərbaycan şou-biznes əhlinin bir çoxları ilə təmasdadır və bir neçə müğənnilərin sifarişi ilə zurnalistlik etməklə məşğuldur. Bəli, düz oxudunuz. Bir neçə tanınmış müğənnilərin adı çəkilən zurnalistə verdiyi çirkli pullarla hər hansı bir şəxsi qaralayır və yaxud həmin şəxsə qarşı “Qara PR” kampaniyaları yaradır. Təbii ki, bunun üçün əlində olan APA Holdingin Lent xəbər saytı kimi, APA TV kimi onlayn televiziyalardan da məharətlə istifadə edir.

Hətta adını çəkmək istəmədiyimiz tanınmış bir müğənninin evində səmimi qonaq olub, camaatın şəxsi əşyasını – yaxınlıq etdiyi kişisi ilə olan şəkli kütləvi informasiya vasitələrinə də sızdıran və bir çox qanundan və ləyaqətdən kənar işlər bu zurnalistin şəxsi portfelində yer alır.

Şəxsi mənafeyi üçün kimin haqqında istəsəz, hər nə cür istəsəz qarayaxmaları, yalan xəbərləri, düzmə-qoşma mətncikləri lent.az kimi sayta yayımlaya bilər. Əgər ki, bu tip işlər etmək kiminsə ağlına düşərsə, bu zurnalistə müraciəti onun üçün məqbuldu.

Ləyaqət sahibi olan insanlar üçün isə simasız zurnalistlərin sifətini unutmamaları üçün bu məqalə də məqbuldu.