Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qeydiyyat başlayır

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68,69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 1 – 5 iyun 2021-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/erizemag/proqram/) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-ə verilən məlumata görə, qabiliyyət imtahanları 9-11 iyun tarixlərində keçiriləcəkdir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Teqlər: