XTQ-nin “Bala canavar” ləqəbli şəhidi Musa Əsgərov (FOTO/VİDEO)

Əsgərov Musa Rövşən oğlu 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulub.

AzerTimes-ın məlumatına görə, Muşavaq kənd tam orta məktəbində, daha sonra Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə oxuyub. 2020-ci ilin yanvar ayından Azərbaycan Ordusunda XTQ-nin kiçik giziri idi.

100-dən çox erməni öldürən 20 yaşlı snayper qorxmazlığı və Vətən sevgisi ilə də yoldaşlarının hörmətini qazanmışdı. Atası Rövşən Əsgərov deyir ki, Musa hər zaman ruh yüksəkliyi ilə danışıb, qələbə ilə dönəcəklərinə inanıb. Gənc snayper 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində qəhrəmancasına şəhid olub. Başından yaralanan igid son nəfəsində belə, üzərindəki bayrağı əlləri ilə sıxıb saxlayıb. Musa Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.


Teqlər: