Xoşqədəm Hidayətqızının verilişi bağlandı

Xoşqədəm Hidayətqızının verilişi bağlandı

Yeni mövsümdən etibarən Xəzər TV-də Xoşqədəm Hidayətqızının təqdimatında efirə gedən “Bizə danış” verilişinin yayımı dayandırılıb.

Həftəiçi beş gün yayımlanan “Bizə danış” proqramını, ötən mövsüm həftədə yalnız bir gün efirə gedən “Səni axtarıram” verilişi əvəz edir.

“Xəzər TV”nin Proqramlar Departamentinin rəhbəri Kənan Bayramov proqramın bağlanmasının səbəbini belə izah edib:

“Veriliş bağlanmayıb. Sadəcə “Səni axtarıram” və “Bizə danış” proqramları birləşdirilib. Eyni qayda ilə gündəlik olaraq “Səni axtarıram” verilişi yayımlanır. Hətta yayım saatını bir saat artırmışıq. Həftəiçi hər gün 15.25-dən 18.00-a dək yayımlanır”.