Xoşbulaq kəndi tullantılardan təmizlənib (FOTO)

Xoşbulaq kəndi ərazisindəki tullantılar təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisinə məişət tullantılarının atılaraq qalaqlanması barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ərazi Xidmətin əməkdaşlarının nəzarəti altında Daşkəsən rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə aidiyyəti qurumlara məcburi göstəriş verilib.

Teqlər: