Xorvatiya rəhbərliyi “AstraZeneca”nın istehsal etdiyi dərmanla peyvənd olunmağa hazır olduğunu açıqladı

Xorvatiya Baş naziri Andrey Plenkoviç, Saborun (ölkənin bir palatalı parlamenti) sədri Qordan Yandrokoviç və səhiyyə naziri Vili Beroş, Böyük Britaniya-İsveç şirkəti “AstraZeneca” tərəfindən buraxılan dərmanla koronavirusa qarşı peyv\nd olunmağa hazır olduqlarını ifadə ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə HINA dövlət informasiya agentliyi xəbər verib.

Məlumatda deyilir: “Xorvatiya Saborunun sədri də Baş nazir Andrey Plenkoviç və səhiyyə naziri Villi Beroşla birlikdə “AstraZeneca”nın COVID-19-a qarşı dərmanla peyvənd olunmağa hazırdır, çünki koronavirus virusuna yoluxmasından bəri altı ay keçib”.