Xocavənddə erməni generalının atıb qaçdığı evdən görüntülər – Trend TV-nin reportajı

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanlı jurnalistlər Xocavənd rayonunun Edilli kəndində olublar.

Səfər zamanı Trend TV-nin əməkdaşları sözügedən kənddə vaxtilə erməni generalın qaldığı evdə çəkiliş aparıblar.

Tarixçi Nazim Tapdıqoğlu açıqlamasında bildirib ki, Edilli adı azərbaycanlı Ədil bəyin adı ilə bağlıdır:

“Çox istərdim ki, bu gündən sonra kəndin adı rəsmi yerlərdə Ədilli kimi qeyd olunsun. Bu kənddə vaxtilə erməni generalının məskunlaşdığı ev də var. Bu ev bir növ qərargah kimi də fəaliyyət göstərib. Erməni generalı buradan əsgər və yüksək çinli zabitlərə tapşırıqlar verirdi, ancaq gördüyünüz kimi müharibə başlayan kimi elə birinci qaçan erməni generalı və zabitləri olublar”.

Teqlər: