Xınalıq yolu buz bağladı

Xəbər - Samir Əli – Trend:

Bakı – Quba yolunda avtomobillərin hərəkəti çətinləşib.

Bu barədə AzerTimes-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.


O bildirib ki, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədində yolun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağıb və hal-hazırda yağıntı zəifdir: “Səhər saatlarından yolda qar təmizlənmiş, duz və qum səpilmişdir. Siyəzən-Şabran rayonları keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonu keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hal-hazırda da keçirilməsi davam etdirilir. Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən bu yolun hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hal-hazırda zəyif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir”.

Teqlər: