Xəzərdə iqtisadi əməkdaşlığın ən vacib istiqamətlərindən biri turizmin inkişafıdır – Ekspert

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Xəzərdə iqtisadi əməkdaşlığın ən vacib istiqamətlərindən biri turizmin inkişafıdır.

Bunu AzerTimes-a “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Xəzəryanı ölkələrin turizm potensialı kifayət qədər öyrənilməyib: “Nəqliyyat layihələrinin reallaşdırılması əhəmiyyətli dərəcədə turizm potensialının inkişafına kömək edəcək. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Xəzər dənizinin şəhər və limanlar arasında nəqliyyat sistemini təkmilləşdirilməlidir”.


Ekspert əvvəllər səsləndirilmiş Xəzər marşrutunun yaradılması ideyasını da xatırladıb: “Hazırda Xəzəryanı ölkələr diqqətini limanların səmərəli işinə yönəldib. Bununla əlaqədar Xəzər boyunca kruiz ilə əlaqədar layihələrin reallaşdırılmasına maraq mövcuddur. Bu, çox perspektivli istiqamətdir və regionun dövlətləri bu layihəyə qoşula bilər. Yük və sərnişin daşımalarının reallaşdırılması baxımından Xəzər dənizi – Volqa və ya Xəzər dənizi – Qara dəniz turizm marşrutu maraq kəsb edir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: