Xəzər TV-də müğənni Doğuş üçün veriliş açılır

Xəzər TV-də müğənni Doğuş üçün veriliş açılır

Xəzər TV-nin rəhbəri Murad Dadaşov Türkiyənin tanınmış müğənnisi Doğuş ilə işbirliyinə gəlib.

Bu barədə Xəzər telekanalının axşam proqramının birində deyilib.

Qeyd olunub ki, sənətçi kanal rəhbəri ilə razılığa gəlib və yay mövsümü boyunca “Doğuş Şou” adlı proqram yayımlanacaq.

Verilişdə canlı ifalar, telefon zəngləri və qonaqlarla müzakirələr yer alacaq.