Xəzər dənizində zəlzələ oldu – 3.4 bal

Xəzər dənizində zəlzələ oldu – 3.4 bal

Xəzər dənizində zəlzələ olub.    

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 00:33-də Xəzər dənizində 3.4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.