Xətai rayonunun bəzi yerlərində su olmayacaq

Xətai rayonunun bəzi yerlərində su olmayacaq

Bu gün (7 oktyabr) Bakının Xətai rayonunun bəzi yerlərində su olmayacaq.

Azərsu ASC bu barədə məlumat yayıb.

Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində rayonun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Qeyd edək ki, bartlayan su borusundan axan içməli su Babək prospektinin sağ istiqaməti olan Nizami rayonu Elşən Süleymanov küçəsi istiqamətinə axaraq, binaların ətrafında iri həcmli gölməçələr yaradıb.
Binaların zirzəmiləri su ilə dolub.
Səhər saatlarından bu haldan şikayətlənən sakinlərin müraciətlərinə Qəza xidməti yalnız günorta saatlarında məhəl qoyub, bu isə artıq suyun zirzəmilərə tam dolmasından sonra baş verib.