Xərçəngi 2 saniyəyə ifşa etmək

Xərçəngi 2 saniyəyə ifşa etmək

Alimlər 6 milyard qan hüceyrəsində xərçəng hüceyrələrini 2 saniyə ərzində müəyyən edən mikroçip kəşf etiblər. Bu kəşf xərçəngdə əhəmiyyətli olan erkən mərhələdə diaqnoza imkan verəcək.

Mütəxəssislər mövzu barədə ətraflı məlumat verdilər:

“Biz laboratoriyada mikroçip inkişaf etdirdik. Əvvəlcə yalnız xərçəngə tutulmuş xəstənin qanından təcrid etdiyimiz xərçəng hüceyrələrinin növünü öyrənə bilirdik. İndi sağlam insanların da qanlarına baxaraq xərçəng hüceyrələrinin olub-olmadığını müəyyən edə bilirik.
Milyardlarla qan hüceyrəsinin içində bəlkə bir dənə var. İndi bunu tapmaq mümkündür. Bu texnologiya xərçəngi diabet kimi xroniki xəstəliyə çevirəcək.
Araşdırma zamanı, biopsiya​ etmədən, qanda tapdığımız xərçəng hüceyrələrinin həm tipinə, həm də geninə baxıb mutasiya olub olmadığını anlayırıq.
Artıq ümimi sağlamlıq yoxlama analizlərinə xərçəng analizi də əlavə olunacaq.”