Xərçəng göbələyinin dərmanı tapıldı – QIZIL

Xərçəng göbələyinin dərmanı tapıldı – QIZIL

Dünyada hər il minlərlə insanın ölümünə yol açan, əsrin bəlası hesab edilən xərçəng xəstəliyi ilə mübarizənin daha bir yolu tapıldı. Artıq xərçəngi qızılla müalicə edəcəklər.

Britaniyalı bioloqlar qızıl əsaslı kimyaterapiya növünü tapıblar. Bu isə daha təhlükəsiz müalicə üsulu deməkdir.

“Biz qızılın daha öncə bilinməyən yeni kimyəvi xassəsini müəyyən etmişik. Təcrübələrimiz göstərdi ki, bu metaldan kimyaterapiyanı birbaşa şişə vermək üçün istifadə etmək olar. Şişə qızıl hissəcikləri verən avadanlıq başqa orqanlar üçün əks təsirləri olduqca azalda bilər”, deyə alim heyyətinin üzvlərindən biri deyib.

Onların sözlərinə görə, qızıl orqanizmdə bir çox reaksiyaları sürətləndirir, mürəkkəb molekulları bir neçə hissəyə bölünməyə və ya yeni strukturda birləşməyə vadar edir. Elm adamların belə qənaətə gəliblər ki, nanohissələrin bu xüsusiyyətindən kimyaterapiyanın xüsusi versiyasının yaradılmasında istifadə etmək olar.

Nəticədə qızıl hissəciklərindən bir neçə xərçəng əleyhinə dərman preparataı yaradılıb. Təcrübələr göstərib ki, nanohissəciklər adi kimyaterapiyadan fərqli olaraq xəstə hüceyrələri daha sürətlə məhv edir. Bununla yanaı isə onlar sağlam hüceyrələrə ziyan vurmurlar.

Lakin yeni üsul xəstəxanalarda azı 4-5 ildən sonra istifadə edilə biləcək.