Xarkovda partlayış olub, xəsarət alanlar var

Ukraynanın Xarkov şəhərində partlayış baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, naməlum şəxs tərəfindən əl qumbarası atılıb. Baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Məlumata əsasən, əl qumbarasını atan şəxs polislər tərəfindən saxlanılıb.