Xaricdən onlayn alınan mallara 36 faiz gömrük vergisi olacaq

Xaricdən onlayn alınan mallara 36 faiz gömrük vergisi olacaq

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb.

Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə – poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Digər narahatlıq doğuran məqam isə bir nəfərin 300 və 800 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsi ilə bağlıdır.

Qeyd edək ki, qərar sentyabrın 21-dən qüvvəyə minir.