Xalq artisti Eldar Quliyev vəfat edib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanı tanınmış kinorejissor və ssenaristi, xalq artisti Eldar Quliyev vəfat edib.

Bu barədə AzerTimes-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Xatırladaq ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Teqlər: