Xaçmazın Çiləgir kəndində meşə yanğını başlayıb

Xaçmazın Çiləgir kəndində meşə yanğını başlayıb

Bu dəqiqələrdə Xaçmazın Çiləgir kəndi ərazisində kolluq ərazidə başlayan yanğın genişlənib.

Hazırda yanğın yerinə FHN-nin Xaçmaz, Xudat bölmələrindən 3, Quba, Siyəzən və Qusardan 3 avtomobil və canlı qüvvəsi yanğının söndürülməsinə cəlb olunub.

Artıq yanğının meşə massivinə keçdiyi bildirilib, yanğın bu saatlarda davam edir.

Yalama meşə mühafizəsi və bərpası müəssisəsindən isə yanan ərazinin meşə zolağı olmadığı bildirilir.