Xaçmaz sakini öz qayınata və qayınanasını güllələdi

Xaçmaz sakini öz qayınata və qayınanasını güllələdi

Xaçmazın Ləcət kəndində dəhşətli qətl hadisəsi baş verib.

Kənd sakini Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınatası və qayınanasını güllələyib.

Aldığı xəsarətdən qayınanası Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, qayınatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanaya çatdırılan (qayınata) Beykəs Yunusov da orada vəfat edib.