Xaçmaz rayonu üzrə bu günə kimi 20 mindən çox şəxsə vaksin vurulub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Xaçmaz rayonunda bu günə kmi 20 mindən çox şəxsə vaksin vurulub.

Bunu AzerTimes-a Xaçmaz rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vətəndaşlar arasında vaksinasiyaya maraq yüksəkdir: “Yanvar ayının 18-dən bu günə kimi rayon üzrə 20 mindən çox şəxsə peyvənd vurulub. Hazırda rayon üzrə 40 yaşdan yuxarı şəxslərin, o cümlədən, ikinci doza vaksinasiyası prosesi aparılır”.

Xəstəxanadan bildirilib ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb: “Yalnız iki şəxsdə psixoloji gərginlik yaranıb. Onları da qısa müddət nəzarətdə saxladıqdan sonra evə buraxmışıq”.

Qeyd edək ki, bu günə qədər ümumilikdə ölkə ərazisində 947 947 nəfər vaksinasiyadan keçib.

Teqlər: