www.kobmarket.az onlayn satış portalında 50%-ə qədər endirim tətbiq olunacaq

Sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satışının artırılması, eləcə də alıcıların alış-veriş imkanlarının genişləndirilməsi məqsədilə www.kobmarket.az portalında yerləşdirilmiş məhsullara endirim tətbiq olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, avqustun 6-da www.kobmarket.az portalından alış-veriş edən hər kəs 50%-ə qədər endirimli satışdan yararlana biləcək. Endirim kampaniyası çərçivəsində Bakı şəhəri üzrə bütün sifarişlər pulsuz çatdırılacaqdır.

Qeyd edək ki, sahibkarların onlayn satış imkanlarının genişləndirilməsi məqsədilə KOBİA-nın dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasında hazırda 50-dən çox onlayn mağaza fəaliyyət göstərir və 700-dən çox adda məhsul yerləşdirilib. Növbəti mərhələdə portala məhsullarla yanaşı, müxtəlif xidmətlərin yerləşdirilməsi də nəzərdə tutulur.