“Wizz Air” Uels azarkeşləri üçün Bakıya xüsusi reys təşkil edəcək

Xəbər - Fidan Babayeva – Trend:

“Wizz Air UK” aviaşirkəti futbol üzrə Avropa çempionatı ilə əlaqədar Uels milli komandasının azarkeşləri üçün Kardiffdən Bakıya xüsusi reys işə salır.

AzerTimes-ın məlumatına görə, uçuş Uels millisinin Bakıdakı oyunları ərəfəsində baş tutacaq.

Qeyd edək ki, Uels iyunun Bakıda İsveçrə ilə, iyunun 16-da Türkiyə ilə qarşılaşacaq.

Kardiffə qayıdış reysi iyunun 17-ə nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: