Wi-Fi və kameralı gün eynəkləri

Wi-Fi və kameralı gün eynəkləri

“Snapchat” şirkəti Wi-Fi və kamerası olan “Spectacles” adlı günəş eynəklərini satışa çıxarıb.

Hazırda Alıcıya üç rəngdə – qara, mavi və çəhrayı gün eynəkləri təklif olunur.

Eynəyə quraşdırılmış iki videokamera vasitəsilə şəkil və 10 saniyəlik videorolik çəkmək olacaq. “Spectacles” smartfonla Wi-Fi və ya “Bluetooth”la əlaqələndirildiyi üçün çəkilən şəkil və videolar avtomatik olaraq smartfonun yaddaşına atılacaq.

130 dollar dəyəri olan gün eynəklərinin akkumulyatoru enerjini bir gün ərzində tam saxlayır.