“WhatsApp”ın baş direktoru mesencerin işinin tam bərpa edildiyini açıqladı

“WhatsApp” mesencerinin fəaliyyəti tam bərpa edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində sosial şəbəkənin baş direktoru Uill Ketkart yazıb.

U.Ketkart bildirib: “Hazırda biz tam bərpa olduq və işləyirik”.


Baş direktor problemlərin aradan qaldırılmasına yardım edənlərə də təşəkkürünü bildirib.

Xatırladaq ki, daha əvvəl “Facebook”, “Instagram” və “WhatsApp”ın işinin tədricən bərpa edildiyi bildirilmişdi.