WhatsApp’da yenilik – verifikasiya erası başlayır

WhatsApp’da yenilik –  verifikasiya erası başlayır

Dünyanın ən məşhur ani mesajlaşma xidməti olan və istifadəçi sayı milyarda çatan “WhatsApp”da yeni dönəm başlayır.

“Baş bəlası” adlanan () qoşa mavi xəttdən sonra yaşıl xətt də olacaq. Bəs bu yaşıl xətt nə mənasına gəlir?

İlk öncə “Twitter”, sonra isə “Instagram” və “Facebook”la həyatımıza daxil olan “mavi tık”ın yaşılı hələlik beta versiyada qarşımıza çıxacaq. İlk etapda bu rəngli xətlərdən xüsusi rəsmi hesablarda istifadə ediləcək. Yəni sadə istifadəçi bu işarədən istifadə edə bilməyəcək.

Bu işarə qarşınızdakı hesabın gerçək “WhatsApp” hesabı olduğunu anlamağa kömək edəcək.

Bundan başqa yaxın günlərdə “WhatsApp” da “şəkil üstə şəkil ” adlanan yeni funkiya da işə düşəcək. Bu sayədə görüntülü danışa-danışa başqa birisi ilə mesajlaşmaq mümkün olacaq.

whatsapp verification