WhatsApp’da möhtəşəm yenilik

WhatsApp’da möhtəşəm yenilik

“WhatsApp” daha bir yenilik ilə istifadəçiləri sevindirməyə hazırlaşır.

Artıq hava qaralanda istifadəçilər “WhatsApp”yeni simasını görəcəklər.

Milyonlarla istifadəçisi olan ani mesajalaşma xidmətinə gecə funksiyası əlavə edilir. Yəni ki, gecənin qaranlığında gözü yoran ağ tonlar yumşalacaq. Amma yeganə dəyişiklik bu deyil. “WhatsApp”ın gecə funksiyası sayəsində gecə çəkilən fotolar daha ayın olacaq. Bu özəllikdən gecə görüntülü danışıq zamanı da faydalanmaq olacaq. Tərəflər bir-birini daha aydın görəcəklər.

Qısa zamanda istifadəyə veriləcək gecə funskisyası saat 22-dən sonra işə salınacaq.

Daha bir yenilik isə çoxdan gözlənilən funksiyadır. Lakin bunun üçün əmi 5 dəqiqəniz var. Söhbət istənməyən mesajların silinməsindən gedir. “Geri al” özəlliyi ilə göndərdiyiniz, lakin qarşı tərəfin oxumasını istəmədiyini mesaajlarınızı silə biləcəksiz.

Mesajları geri qaytarmaq üçün ən çoxu 5 dəqiqəniz olacaq. Əmr icra edildikdən sonra ekranda “mesaj geri qaytarıldı” ifadəsi çıxacaq. Bunu etmək isə çox asandır – “Android”lərdə mesajın üzərindən tutursunuz, sonra menyu bölməsindən “geri al” düyməsini seçirsiz. “iPhone” və “Windows Phone” da isə mesaja basmaqla bir başa “geri al” seçimini edəcəksiz.